Azərbaycan Rəssamlar İttifaqının və Memarlar İttifaqının üzvüdur. 20 ildən çox iş təcrübəsinə malikdir. Onun layihəsi əsasında Naxçıvanda, Bakıda və respublikamızın digər rayonlarında çoxlu sayda binalar tikilmiş və parklar salınmışdır. Adil Talıbovun layihəsi əsasında Türkiyənin Ceyhan şəhərində «Azərbaycan Türkiyə Dostluq Parkı» salınmışdır.O, 2006-cı ilin iyun ayının 4 – dən – 10 kimi Londonda keçirilən « Arch – London – 2006» həftəsində iştirak etmiş və sertifikat almışdır.