Biz kimik?
“Fateh” – “fəth edən” məhz bu ad altında bütün qüvvə və məqsədlərimizi birləşdirdik, məhz bu ad altında şirkətimiz bu gün də respublikamızda və ölkəmizdən kənarda bir çox təkrarolunmaz, möhtəşəm layihələrin müəllifidir.
“Fateh” şirkəti yarandığı gündən bütün ideya və planlarını respublikamızın müasirləşməsinə, inşaat sahəsində yeni standartlar yaratmaqla dövlətimizi dünya arenasında təbliğ etməyə yönəltmişdir.
İlk fəaliyyətinə 1989-cu ildə Naxçıvan MR-da başlayan “Fateh” şirkəti burada bir çox uğurlara imza atmaqla yanaşı öz fəaliyyət dairəsini genişləndirərək 1999-cu ildən Bakı şəhərində fəaliyyət göstərir.
“Fateh” şirkəti Respublikamızda inşaat sahəsində ilk və yeganə şirkətdir ki, SSRİ-nin dağılması nəticəsində mütəffiq respublikalar arasında illərlə formalaşmış əlaqələrin pozulması, habelə, dünyanı bürüyən və bir çox ölkələri “defolt” vəziyyətinə gətirib çıxaran ən böyük sənaye və tikinti nəhəglərinin süquta uğramasına səbəb olan iqtisadi böhrana baxmayaraq bütün bu çətinlikləri dəf etdi, bu dövr ərzində aldığı təklif və sifarişlərin öhdəsindən məharətlə gələrək bu gün də öz liderlik nüfuzunu qoruyub saxlamaqdadır.
İllərin təcrübəsinə arxalanan peşəkar personalımız, əvəzsiz keyfiyyətimiz sayəsində sifarişçilərimizə əlverişli, geniş imkanlar yaradaraq onların arzu və istəklərini ən yüksək səviyyədə həyata keçirir, illər uzunu qazandığımız inam və etibarı daha da doğruldaraq bu istiqamətdə inkişaf edirik.Məhz bunun nəticəsidir ki, işlərin vaxtında, yüksək keyfiyyətlə verilməsi kimi amilləri sifarişçilərimizi daimi tərəfdaşlarımıza çevirir.
Daim yeniliklərə imza atan, orijinal, təkrarolunmaz layihələrilə Azərbaycan inşaat sahəsində artıq öz möhürünü vurmuş “Fateh” şirkətinin əsas məqsədi öz fəaliyyətini dünya səviyyəsinə qaldırmaq və bununla da Azərbaycanın layihə, tikinti, memarlıq sənətini dünyaya tanıtmaqdır, bu amalı əlində rəhbər tutan “Fateh”şirkəti respublika hüdudlarına sığmayan müvəfəqiyyətli fəaliyyətini artıq ölkə hüdudlarından kənarda aparır, onun Ukraynada, Türkiyədə yaradılmış yeni filialları buna bariz numunədir.
Yarandığımız gündən uğurlu fəaliyyətimizlə adımızı doğrultmağa çalışmışıq.Bundan sonra da daha böyük addımlar atıb mühüm regional layihələrdə iştirak edərək Azərbaycan inşaatını dünyaya təbliğ etməyə çalışacağıq.
“Fateh”lə zirvələrə doğru....